Bakının 3 rayonu bu gün qazsız qalacaq
.jpg)
Tarix: 10:18 18.07.2025
"Qum adası-Bayramzadə İEM" magistral qaz kəmərində, "Bahar” QTM-də və Yasamal rayonu, A.M.Şərifzadə küçəsində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar iyulun 18-də saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Azəriqaz"dan verilən məlumata görə, təmir işləri görülən müddətdə Qaradağ rayonunun Müşfiq qəsəbəsinin və Zavod küçəsinin, Suraxanı rayonunun Hövsan qəsəbəsinin, Bahar, Dədə Qorqud, Sahil, Zığ bağları yaşayış massivlərinin və MİDA-1, MİDA-2 yaşayış komplekslərinin, Yasamal rayonunda isə A.M.Şərifzadə, H.Abbasov, M.Seyidov, Ə.Əhmədov, İ.Zülalov, N.Hikmət, X.Dadaşov, X.Mustafayev, V.Əliyev, Z.Kərimov, Ş.M.Xiyabani, D.Bünyadzadə küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.