Dünya futbolu “Mançester Yunayted” yeni futbolçu ilə anlaşıb

Bölmə: İdman › ,
Tarix: 22:49 18.07.2025

Brayan Mbeumo “Mançester Yunayted”ə keçir.


"İnformator.az" "İdmanxeber.az"a istinadən xəbər verir ki, Mançester təmsilçisi “Brentford” klubunun hücumçusu Brayan Mbeumonun transferi ilə bağlı razılıq əldə edib.

 

Transfer məbləği bonuslarla birlikdə 82 milyon avrodur. Şəxsi müqavilə artıq razılaşdırılıb


2024/25 mövsümündə futbolçu 42 oyun keçirib və 20 qol vurub. “Transfermarkt” portalına əsasən, 25 yaşlı futbolçunun bazar dəyəri 55 milyon avrodur.