“Vifa”ya görə xəbərdarlıq:-500-dən çox reys təxirə salınıb

Tarix: 23:36 19.07.2025
Çinin Honkonq xüsusi inzibati ərazisində “Vifa” qasırğasına görə ilin ən yüksək həyəcan səviyyəsi - T8 elan edilib, 500-dən çox uçuş təxirə salınıb.
"İnformator.az" xəbər verir ki, bu barədə Çin mediasında məlumat yayılıb.
Qeyd olunub ki, gecəyarı qüvvəyə minən T8 xəbərdarlığı iyulun 20-də bütün günü qüvvədə olacaq. Proqnozlara görə “Vifa” səhər saatlarında Mirvari çayının deltasına olduqca yaxın, Honqkonqdan təxminən 50 km cənubda olacaq.
Honkonq beynəlxalq hava limanından bildiriblər ki, iyulun 20-də saat 6:00-dan axşam 12:00-dək heç bir təyyarə havaya qalxmayacaq. Bununla belə, hazırda uzaq məsafələrdən Honkonq istiqamətində uçuş yerinə yetirən az sayda təyyarənin enişinə icazə veriləcək. Ümumilikdə, qasırğa ilə əlaqədar iyulun 19-da 22, iyulun 20-də isə 497 uçuş (enmə və qalxma) ləğv edilib. Ləğv olunan və ya təxirə salınan uçuşların sərnişinlərə dəstək üçün 1000 işçi cəlb olunub.