ABŞ konqresmeni ofisində infarktdan ölüb

Tarix: 23:37 19.07.2025
ABŞ konqresinin demokratlardan olan nümayəndəsi Co Kasello ofisində infarkt keçirərək dünyasını dəyişib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, 73 yaşlı Kasello 2018-ci ilə qədər əvvəlcə Massaçusets ştatının Vuster şəhərində yanğınsöndürən, daha sonra Boynton Beach şəhər komissarı vəzifələrində çalışıb.
Florida qanunlarına görə, konqresin boş qalan yerinə seçkilər keçirilməlidir.