Mərakeşdən Azərbaycana gələn turistlərin sayı 43 % artıb

Tarix: 17:16 21.07.2025
Bu ilin I yarısında Mərakeşdən Azərbaycana gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 43 % çox olub.
"İnformator.az" xəbər verir ki, bu barədə Mərakeş səfirliyi "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
Bildirilib ki, yanvar-iyun aylarında Azərbaycana 1 800-ə yaxın Mərakeş vətəndaşı səfər edib. 2024-cü il avqustun 29-dan etibarən iki ölkə arasında vizasız rejim haqqında saziş qüvvədədir.