Fransız şirkətləri Ukraynada dron istehsalına hazırdır-Zelenski

Tarix: 18:22 21.07.2025
Ukrayna Prezidenti Vladimir Zelenski Fransanın Xarici İşlər naziri Jan-Noel Barro ilə görüşdən sonra fransız şirkətlərinin Ukraynada pilotsuz uçuş aparatları istehsalına başlamağa hazır olduqlarını bəyan edib.
Bu barədə dövlət başçısı "Telegram" kanalında məlumat paylaşıb.
“Mən Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə görüşdüm. Fransız şirkətlərinin Ukraynada dron istehsalına başlamaq qərarı var və bu, bizim üçün olduqca dəyərlidir”, – deyə Zelenski bildirib.
Görüş zamanı tərəflər, həmçinin Ukraynanın hava hücumundan müdafiə sistemlərinə olan ehtiyacını da müzakirə ediblər.
Mənbə : Caliber
Aytən Ağazadə