Ukrayna ilə danışıqlarda memorandum layihələri müzakirə olunacaq-Rusiya

Tarix: 18:53 21.07.2025
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya və Ukrayna arasında keçiriləcək üçüncü tur danışıqlarda tərəflərin təqdim etdiyi memorandum layihələri nəzərdən keçiriləcək: “Bu sənədlər bir-birinə ziddir. Ona görə də ciddi diplomatik iş görüləcək”.
Moskvada jurnalistlərin gündəmdəki məsələlərlə bağlı suallarını cavablandıran Peskov, Rusiya və Ukrayna arasında üçüncü danışıqlar turunun bu həftə baş tutma ehtimalını da dəyərləndirib:
“Üçüncü danışıqlar turunun keçirilməsinin tərəfdarıyıq. Tarixlə bağlı razılıq əldə olunduqda bu barədə məlumat veriləcək”.
Peskov qeyd edib ki, Rusiya və Ukrayna bir-birinə sülh sazişinə dair memorandum layihələri təqdim edib: “Görüşlər zamanı bu layihələr müzakirə olunacaq. Sənədlər arasında ciddi fərqlər var və bu da geniş diplomatik işi tələb edir”. O həmçinin bildirib ki, Ukrayna ilə danışıqlarda iştirak edəcək Rusiya nümayəndə heyətində dəyişiklik yoxdur.
Haber Global
Nuray Əliyeva