Almaniya və Britaniya Türkiyəyə “Eurofighter” Satışına Müsbət Yanaşır

Bölmə: Dünya › ,
Tarix: 20:37 21.07.2025

Türkiyə “Eurofighter Typhoon” qırıcı təyyarələrinin alınması ilə bağlı Almaniya, Böyük Britaniya, İtaliya və İspaniyanın daxil olduğu konsorsiumla danışıqlar aparır. Layihədə Airbus, BAE Systems və Leonardo şirkətləri iştirak edir.

 

Prezident Rəcəb Tayyib Ərdoğan Böyük Britaniya Baş naziri Keir Starmer və Almaniya kansleri Friedrich Merz ilə keçirdiyi görüşlərdə bu ölkələrin satışa müsbət yanaşdığını bildirib. “İnşallah, təyyarələrimizi ən qısa zamanda alacağımıza inanıram",- deyə Ərdoğan Şimali Kiprdən dönüşdə verdiyi açıqlamada qeyd edib.

 

ANEWZ

Gülhüseynova Güllər