Ukrayna nümayəndə heyəti Türkiyədədir

Tarix: 15:13 23.07.2025
Ukrayna nümayəndə heyəti danışıqlar aparmaq üçün Türkiyəyə gedib, danışıqlar əvvəlcə Ankarada, sonra isə İstanbulda keçiriləcək.
“İnformator.az" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko sosial şəbəkələrdə bildirib.
"Ukrayna nümayəndə heyəti artıq Türkiyədədir. Danışıqlar əvvəlcə Ankarada, sonra isə İstanbulda keçiriləcək", - o qeyd edib.