Zelenski danışıqlarda heyətin sayını artırıb

Tarix: 21:09 23.07.2025
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyası ilə danışıqlarda iştirak edəcək Ukrayna nümayəndə heyətinin sayını 12 nəfərdən 14 nəfərə qədər artırıb. Bu barədə Zelenskinin saytında dərc olunan fərmanda bildirilib.
Mövzu ilə bağlı politoloq Samir Hümbətov “İnformator.az”a açıqlamasında bildirib ki, nümayəndə heyətinin sayının artırılması belə ola bilər ki, orada əlavə edilər şəxslər məsələ ilə bağlı daha detallı bilgisi olan şəxslər əlavə olardı:
“Xarici İşlər naziri, Müdafiə naziri var. Amma elə bir məsələ ilə bağlı mütəxəssis cəlb etmək lazım olar ki, danışıqlar prosesində danışıqları irəliyə apara biləcək şəxslər ola bilər. Bu sadəcə olaraq məsələyə həm əsas yanaşılır, həm də daha əhatəli həlli istədiklərindən də ola bilər. Danışıqlar da çox elə ciddi dəyişikliklər də olmayacaq. Yəni, qarşı tərəf Rusiyadırsa, oradan nəsə gözləmək mənasızdır. Sonda bütün danışıqların sonu sıfıra bərabər olacaq. Amma hər vəziyyətdə Ukrayna ümidli görsənir. Ukrayna cəbhədə əlində olan silah-sursata, hərbçilərə arxayındır, ona görə də ola bilər. Hər nəticədə görünür ki, sayı artırdığı adamlar hansısa formada danışıqlara müsbət təsir edə biləcək şəxslərdir”.
Nuray Əliyeva