Cəlilabadın dörd tarixi abidəsində kəşfiyyat xarakterli tədqiqatlar aparılır

Bölmə: Sosial › ,
Tarix: 21:18 23.07.2025

Cəlilabad rayonunda yerləşən dörd tarixi abidədə kəşfiyyat xarakterli tədqiqatlar aparılır.

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, bunlar Əliköməktəpə, Qazan köşkü, Nərgiztəpə və Uzuntəpə kəndində yerləşən tarixi abidələrdir.


Kəşfiyyat xarakterli ekspedisiyaya AMEA-nın Arxeologiya və Antropologiya İnstitunun baş elmi işçisi, Muğan Neolit-Eneolit ekspedisiyasının rəhbəri, t.e.d Vəfa Mahmudova rəhbərlik edir.

 

Artıq Əliköməktəpə və Qazan köşkündə kəşfiyyat xarakterli tədqiqatlar yekunlaşıb. Növbəti günlərdə isə Nərgiztəpə və Uzuntəpə kəndində yerləşən tarixi abidələrdə tədqiqat işləri aparılacaq.