İsrail ordusunun Qəzzaya təşkil etdiyi hücumlarda 23 nəfər ölüb

Bölmə: Dünya › ,
Tarix: 17:23 11.08.2025

 

İsrail ordusunun səhər saatlarından etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda 10-u uşaq olmaqla azı 23 fələstinli ölüb, çoxlu sayda insan yaralanıb.Xəstəxana mənbələri və şahidlərin bildirdiyinə görə, İsrail Qəzza zolağında köçkünlərin çadırlarını, mülki şəxslərin evlərini və yardım gözləyənləri yenidən hədəfə alıb.
İsrail ordusu Qəzzanın şimalındakı Qəzza şəhərinin qərbində, aralarında ana, ata və uşaq da daxil olmaqla fələstinli ailənin qaldığı çadırı bombalayıb.


İsrail ordusu gecə yarısından səhərə qədər Qəzza şəhərinin cənub-şərqində, xüsusilə Zeytun və Şücaiyyə məhəllələrindəki bina və tikililəri hava hücumları, artilleriya atəşi və söküntü əməliyyatları ilə hədəfə alıb.
Qəzza zolağının mərkəzində Vadi Qəzzanın cənubundakı yardım paylama məntəqəsi yaxınlığında fələstinli mülki şəxslər İsrail ordusu tərəfindən hədəfə alınıb. Hücum nəticəsində 1 uşaq ölüb, 4 nəfər yaralanıb.


İsrail əsgərləri Qəzza zolağının cənubundakı Xan Yunisdə humanitar yardımı gözləyən fələstinlilərə atəş açıb. Yanğın zamanı iki nəfər həlak olub. İsrail ordusu Kamikadze pilotsuz uçan aparatla Xan Yunisin qərbindəki mənzili hədəfə alıb. Hücum zamanı "Əbu Şemala"nın fələstinli ailəsinin yeddi üzvü həlak olub. Hökumətin Qəzzadakı media ofisi dünən İsrail ordusunun xəstəxana yaxınlığında jurnalistlərin yaşadığı çadıra hücumu nəticəsində yaralanan jurnalist Məhəmməd əl-Xalidinin bu gün öldüyünü açıqlayıb.

 


TRT Haber
Xədicə Məhərrəmli