ABŞ hava məkanını bağlayır-Tramp-Putin görüşü

Tarix: 10:34 12.08.2025
ABŞ avqustun 15-də Donald Tramp və Vladimir Putin arasında planlaşdırılan görüş günü Alyaskanın Ankoric şəhəri üzərində hava məkanını bağlayacaq.
"İnformator.az" xəbər verir ki, bu barədə Federal Aviasiya Administrasiyasından məlumat verilib.
Məlumata görə, 48,3 km radiusda və 5,5 km hündürlükdə uçuşlar qadağan ediləcək.
Məhdudiyyətlər avqustun 16-na kimi davam edəcək.