Paşinyan yenidən məzuniyyətə çıxıb

Tarix: 10:49 12.08.2025
Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 12-dən 15-ə kimi məzuniyyətdə olacaq.
"İnformator.az" xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.
Qeyd edək ki, iyulun 28-də Ermənistan Respublikasının baş nazirinin ofisi baş nazir Nikol Paşinyanın iyulun 28-dən avqustun 15-dək məzuniyyətdə olacağını açıqlamışdı. Lakin məzuniyyət zamanı baş nazir Nikol Paşinyanı əvəzləyən baş nazirin müavini Mher Qriqoryanın qərarı ilə avqustun 5-də Paşinyan məzuniyyətdən geri çağırılıb.