Tokayev Tekvondo Federasiyası rəhbərinin səfərini yüksək qiymətləndirib

Bölmə: Dünya › ,
Tarix: 18:36 12.08.2025

Qazaxıstan liderinin mətbuat xidməti xəbər verir ki, Tokayev Dünya Tekvondo Federasiyasının prezidentini qəbul edib.

 

O bildirib ki, Çunqvon Çou-nun səfəri Qazaxıstan idman ictimaiyyəti üçün əlamətdar hadisədir və Dünya Tekvondo Federasiyasının ölkədə bu idman növünün inkişafına hərtərəfli dəstək verməyə hazır olduğunu təsdiqləyir.

 

Tokayev qeyd edib ki, tekvondo təkcə olimpiya idman növü deyil, həm də harmoniya, intizam və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan, bütün dünyada milyonlarla insanı birləşdirən bir fəlsəfədir.


Prezidentin sözlərinə görə, Astanada “Kazakhstan Open 2025” beynəlxalq reytinq turnirinin (G1 kateqoriyası) keçirilməsi yerli idmançılar üçün peşəkar inkişaf, təcrübə mübadiləsi və milli federasiyanın rəqabət qabiliyyətinin artırılması baxımından geniş imkanlar açır.


Anadolu Agency
Ayan Əsgərova