Meksika küçələrində robot it

Bölmə: Dünya › ,
Tarix: 20:42 12.08.2025

Beagle ölçüsündə olan və dostyana metal səsə sahib “Waldog” adlı robot it, küçələrdə uşaqlar və böyüklərlə heyvan haqları barədə söhbətlər aparır. 8 avqustda Santa Katarina şəhərində sakinlərlə görüşən Waldog belə deyib: “Salam, mən Waldogam və səsi olmayanlara – küçədə yaşayan heyvanlara səs vermək üçün buradayam".

 

Waldogun missiyası heyvanlara qarşı münasibətdə maarifləndirmə aparmaqdır. Layihə Monterreylidən Federal Senator Valdo Fernandesin şəxsi vəsaiti 4,084 ABŞ dolları hesabına maliyyələşdirilib və robot senatorun şərəfinə “Waldog” adlandırılıb. Uzaqdan idarə olunan və həmişə böyüklə birlikdə hərəkət edən robot, həm heyvanlara, həm də insanlara qarşı mehribanlıq və məsuliyyət hissini gücləndirmək məqsədilə hazırlanıb.

 

Fernandes “Instagram” paylaşımında bildirib ki, Waldog eyni zamanda küçə zibillərini aşkar etmək, yollardakı çalaları müəyyənləşdirmək və sahibsiz itləri qeydə almaq kimi praktiki funksiyalara da malik olacaq.

 

ANEWZ

Güllər Gülhüseynova