Yeni Kaledoniyanın müstəqilliyi uğrunda hərəkat Bujival sazişini rədd edib

Bölmə: Dünya › ,
Tarix: 10:03 13.08.2025

Avqustun 13-də Yeni Kaledoniyanın müstəqilliyi uğrunda əsas hərəkat - Kanak Sosialist Milli Azadlıq Cəbhəsi iyul ayının əvvəlində hökumət və müstəqillik əleyhdarları ilə imzalanmış Bujival sazişini rədd etdiyini təsdiqləyib.

 

Bu barədə "İnformator.az" Fransanın “Le Monde” nəşrinə istinadən məlumat verib.

 

Nəşr qeyd edir ki, bu qərar hərəkatın 9 avqust tarixində keçirilən növbədənkənar qurultayında qəbul edilib.


Bujival sazişi 2025-ci il iyulun 12-də Paris yaxınlığındakı Bujival şəhərində Fransa və Kanakinin (Yeni Kaledoniya) siyasi qüvvələri arasında imzalanıb. Sənəddə nəzərdə tutulan yeni siyasi model çərçivəsində ərazi Fransanın tərkibində qalır, lakin "Yeni Kaledoniya dövləti" statusu - xüsusi statusa malik muxtar qurum statusu əldə edir.