ABŞ-nin “Qızıl Qübbə”si belə olacaq-Peyk, yerüstü sistem...

Tarix: 10:39 13.08.2025
ABŞ-nin yeni "Qızıl Qübbə" raketdən müdafiə sistemi dörd müdafiə qatından - bir peyk və üç yerüstü sistemdən ibarət olacaq.
"İnformator.az" xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Sistemə ABŞ-nin materik hissəsi, Alyaska və Havayda yerləşən 11 qısa mənzilli batareya daxil olacaq.
Layihənin ümumi dəyəri 175 milyard dollar qiymətləndirilir. İyul ayında qəbul edilən vergi-büdcə qanun layihəsi çərçivəsində Konqres layihə üçün ilkin olaraq 25 milyard dollar ayırıb. Gələn il isə layihəyə 45.3 milyard dollar ayrılacağı bildirilir.