Kanaklara zorla qəbul etdirilməyə cəhd edilən sazişə qarşı dinc müqavimətə çağırış edilib

Tarix: 10:45 13.08.2025
Yeni Kaledoniyanın müstəqilliyi uğrunda əsas hərəkat olan Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi (Le Front de libération nationale kanak et socialiste, FLNKS) tərəfdarlarını rəsmi Parisin kanak xalqının razılığı olmadan siyasi nizamlamanı zorla qəbul etdirmək cəhdlərinə qarşı dinc səfərbərliyə və müqavimətə çağırıb.
Bu barədə "İnformator.az" Fransanın “Le Monde” nəşrinə istinadən məlumat verir.