Gürcüstan Prezidenti TBMM sədri ilə regional sülhü müzakirə edib

Bölmə: Dünya › ,
Tarix: 15:19 13.08.2025

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla görüşüb. 

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əlaqələr, müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə edilib.

 

Tərəflər Cənubi Qafqaz regionunda mövcud vəziyyətə də toxunublar. M.Kavelaşvili qeyd edib ki, Gürcüstan Cənubi Qafqazda dinc birgə yaşayış formulunu dəstəkləyir və regionda sülhün və konstruktiv əməkdaşlığın təşviqi prosesinə töhfə verməyə həmişə hazırdır.


O, Azərbaycan və Ermənistanın davamlı sülhün bərqərar olması istiqamətində atdığı addımları alqışladığını bildirərək vurğulayıb ki, bu addımlar bölgədə sülh və sabitliyin təşviqinə töhfə verm