Lavrov Alyaskadakı görüşə “SSRİ” yazısı ilə gedib

Bölmə: Dünya › ,
Tarix: 11:32 15.08.2025

 

Xarici işlər naziri Sergey Lavrov Ankoricdəki otelə, ehtimal ki, üzərində “SSRİ” yazısı olan sviterdə gəlib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə görüntüləri “İzvestiya” Teleram kanalı yayıb.

 

Videoda Rusiyanın xarici işlər nazirinin ağ sviter və jilet geyinərək avtomobildən çıxması əks olunub.


Bundan əvvəl Sergey Lavrov Alyaska sammiti ilə bağlı heç bir proqnoz verməməyə çağırıb və Rusiyanın açıqlanacaq mövqeyinin olduğunu qeyd edib.