00:00:00
Yazar
Admin User
03.06.2024 18:15 355 1 dəq oxuma
Dünya

Qazaxıstan Xarici İşlər Nazirliyi “sülh formulu” sammitində iştirakla bağlı sualı cavablandırıb

Qazaxıstan Xarici İşlər Nazirliyi “sülh formulu” sammitində iştirakla bağlı sualı cavablandırıb

"Qazaxıstan Ukrayna prezidenti Vladimir Zelenskinin “sülh formulu” sammitində iştirakını nəzərdən keçirəcək". Bunu respublika Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov deyib.

 

"İnformator.az" xəbər verir ki, Smadiyarov Qazaxıstanın iyunun 15-16-da İsveçrədə keçiriləcək sammitdə mümkün iştirakını şərh edib. Onun sözlərinə görə, beynəlxalq tədbirlərin qrafiki və bu məsələ ilə bağlı rəsmi mövqe nəzərə alınmaqla ölkənin iştirakına baxılacaq.

 

"Biz həmişə bütün ölkələrin suverenliyini və ərazi bütövlüyünü qorumaq və BMT Nizamnaməsinin prinsiplərinə riayət etmək mövqeyindən çıxış edirik", - Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib. O, həmçinin əlavə edib ki, Astana həm Ukrayna, həm də Rusiya ilə tərəfdaşlıq münasibətlərini saxlamağa çalışır.

 

Qeyd edək ki, bundan əvvəl Smadiyarov Zelenskinin Mərkəzi Asiya mediasına müsahibəsi ideyasını şübhəli adlandırıb. Onun sözlərinə görə, məlumat Qazaxıstan və Ukraynanın diplomatik kanallarından keçməyib.

 

Mənbə: Lenta.ru

Tərcümə etdi: Banuçiçək Kalbalıyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər