00:00:00
Yazar
Admin User
28.02.2025 16:28 147 1 dəq oxuma
Dünya

Tramp Böyük Britaniyanın Baş naziri Starmeri qəbul edib: "Zelenskiyə diktator dediyimə inana bilmirəm"

Tramp Böyük Britaniyanın Baş naziri Starmeri qəbul edib: "Zelenskiyə diktator dediyimə inana bilmirəm"

 

ABŞ Prezidenti Donald Tramp fevralın 27-də Ağ Evdə Böyük Britaniyanın baş naziri Keir Starmeri qəbul edib. Starmerin Ağ Evə ilk səfəri zamanı iki liderin gündəliyinə Ukrayna və iqtisadiyyatla bağlı təhlükəsizlik öhdəlikləri daxil idi. Starmerlə təkbətək görüşündən sonra keçirilən mətbuat konfransında Trampa ötən həftə sosial mediada Ukrayna prezidenti Vladimir Zelenskini “diktator” adlandırması ilə bağlı sual verilib. ABŞ prezidenti suala "Mən bunu dedim? Bunu dediyimə inana bilmirəm" deyə cavab verib və Zelenskinin "olduqca cəsarətli" olduğunu deyib.Ukrayna ABŞ-nin təklif etdiyi 500 milyard dollarlıq mədən sazişini rədd etdikdən sonra Tramp Zelenskini “diktator” adlandırıb və “Tez hərəkət etsə yaxşı olar, əks halda ona ölkə qalmayacaq” deyib. ABŞ prezidenti öz postunda Rusiya ilə Ukrayna arasında müharibəyə Ukraynanın səbəb olduğunu da iddia edib.

 

Ukraynada seçkilər 2024-cü ilin mayında keçirilməli idi, lakin 2022-ci ilin fevralında ölkə Rusiya tərəfindən işğal edildikdən sonra hərbi vəziyyət elan olunduğu üçün onlar təxirə salınıb. Ağ Evdəki mətbuat konfransında Tramp Zelenskinin Ağ Evə səfəri zamanı iki ölkə arasında sülhün bərqərar olması istiqamətində irəliləyişin əldə oluna biləcəyi mesajını verib. Tramp Zelenskini fevralın 28-də Ağ Evdə qəbul edəcək. Səfər zamanı iki liderin Ukraynanın əvvəlcə rədd etdiyi nadir torpaqlar sazişinin düzəliş edilmiş variantını imzalayacağı gözlənilir.

 

BBC Türk

Məryəm Zaliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər