Demokrat nümayəndə Elon Maskı hədəf alan "dəliyə dönmüş" çıxışına görə tənqid olunub: "Cənubi Afrikaya qayıt" , - deyib
Demokrat Konqres üzvü bazar ertəsi sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib. O, DOGE rəhbəri Elon Maska "Cənubi Afrikaya qayıt" , - deyərək onun ABŞ-də nə etdiyini soruşub.
"Dünən maraqlı bir şey olub, mən Elon Maskın kiminləsə müsahibəsinin videosuna baxırdım. Orada o, italyanların İtaliyada, çinlilərin isə Çində qalmalı olduğunu deyib. Mənim Elon Maska sualım budur: Sən Amerikanın harasında və nə edirsən?" - Nyu-Yorkdan Demokrat Konqres üzvü Nidia Velaskes bazar ertəsi axşam HUD Departamentinin qarşısında belə çıxış edib.
"Cənubi Afrikaya qayıt", - Velaskes əlavə edib.
Velaskesin bu iddiası sosial mediada yayılan bir müsahibəyə əsaslanırdı. Lakin liberal fakt-yoxlama platforması Snopes bu məlumatı “yalan” olaraq qiymətləndirib.
Fox News
Nuray Qurbanlı