00:00:00
Yazar
Admin User
07.03.2025 18:44 220 1 dəq oxuma
Dünya

BMT-nin məlumatına görə, Suriyada düşərgələrdə olan 1 milyona yaxın insan evlərinə qayıtmağı planlaşdırır

BMT-nin məlumatına görə, Suriyada düşərgələrdə olan 1 milyona yaxın insan evlərinə qayıtmağı planlaşdırır

 

 

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Selin Şmit qeyd edib ki, Suriyanın şimal-qərbində yaşayan 1 milyona yaxın məcburi köçkün gələn il öz evlərinə qayıtmağı planlaşdırır.Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Selin Şmit BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında Suriyanın şimal-qərbində köçkünlər üzərində aparılan sorğu ilə bağlı məlumatları paylaşıb.

 

Suriyanın şimal-qərbində düşərgələrdə yaşayan və köçkünlərin 1 milyona yaxın insanın gələn il ərzində öz evlərinə qayıtmağı planlaşdırdığını qeyd edən Şmitt, onlardan 600 mininin 6 ay ərzində geri dönəcəyini bildirib. "Sorğu iştirakçıları arasında geri qayıtmaq üçün emosional istək geniş yayılıb, lakin onlar üçün humanitar yardım, məşğulluq, dolanışıq imkanları və əsas xidmətlərə çıxış üçün heç bir maneə olmamalıdır. Böhranın başlamasından təxminən 14 il sonra Suriya dönüş nöqtəsindədir. Suriyanın təcili olaraq yenidənqurma üçün dəstəyə ehtiyacı var, çünki illərdir davam edən münaqişə iqtisadiyyatı məhv edib, əhalinin və infrastrukturun yüzdə 90-ı yardımdan asılı olaraq qalır." dedi. Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra başlayan yeni prosesdə ümidlərin və imkanların olduğuna diqqət çəkən Şmitt beynəlxalq ictimaiyyəti bu uzunmüddətli ehtiyacları qarşılamağa çağırıb.

 

TRT XƏBƏR

Məryəm Zaliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər