00:00:00
Yazar
Admin User
25.09.2019 06:43 593 1 dəq oxuma
Yoxdur

“Sosial şəbəkələrdə milli maraqların qorunması ilə bağlı jurnalistlərin rolunun artırılmasına dəstək ” mövzusunda seminar keçiriləcək.

“İnnovativ Media” JPAD İctimai Birliyi Azərbaycan Respublikasi Prezdenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Bakı şəhərində “Sosial şəbəkələrdə milli maraqların qorunması ilə bağlı jurnalistlərin rolunun artırılmasına dəstək ” adlı yekun seminar keçirəcək.
“Sosial şəbəkələrdə milli maraqların qorunması ilə bağlı jurnalistlərin rolunun artırılmasına dəstək ” mövzusunda seminar keçiriləcək.

“İnnovativ Media” JPAD İctimai Birliyi Azərbaycan Respublikasi Prezdenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Bakı şəhərində “Sosial şəbəkələrdə milli maraqların qorunması ilə bağlı jurnalistlərin rolunun artırılmasına dəstək ” adlı yekun seminar keçirəcək. İnfarmator.az saytı xəbər verir ki, “İnnovativ Media” JPAD İctimai Birliyinin həyata keçirdiyi seminarda məqsəd sosial şəbəkələrdə yaranmış qruplar və onların fəaliyyəti iə bağlı fikir mübadiləsi aparılmasıdır. Seminarda bu qruplara qoşulan gənclərin, onların bura cəlb edilməsinin yaradacağı təhlükələr haqqında danışlacaq. Sosial şəbəkələrdən dövlətin və cəmiyyətin mənafeyi xeyrinə necə istifadə ediləcəyi ilə bağlı məlumat veriləcək. Eyni zamanda dövlətin milli maraqlarına cavab verməyən informasiyaların yayılmasına qarşı mübarizə, eyni zamanda onun qorunması ilə bağlı fəaliyyətin necə təşviq edilməsi ilə əlaqədar fikir mübadiləsi aparılacaq.QEYD:Seminarda “İnnovativ Media” JPAD İctimai Birliyinin sədri Aynur Nəsirova və BDU tədris studiyasının müdiri Ramin Rzayev və jurnalist Məlahət Nəcəfova çıxış edəcəklər. Seminar  3 oktyabr 2019-cu il, saat 15:35-də BDU- də keçiriləcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər