00:00:00
Yazar
Admin User
20.10.2025 17:52 170 2 dəq oxuma
Siyasət

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri prezident seçkilərinin nəticələrinin ləğvini tələb edib

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri prezident seçkilərinin nəticələrinin ləğvini tələb edib

Bahçeli sözügedən paylaşımında bildirib ki, seçkilərdə çox aşağı iştirak olub və bu nəticələr Kipr türklərinin iradəsini əks etdirmir. Onun sözlərinə görə, ŞKTC parlamenti təcili toplanmalı, həm seçki nəticələrini, həm də federasiyaya geri dönüş ideyasını rədd etməli, eyni zamanda Türkiyə Respublikasına birləşmə qərarı qəbul etməlidir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki,Devlet Bahçeli Türkiyənin rəsmi şəxsi deyil, yəni rəsmi mövqeyi ifadə eləmir. Bununla belə MHP hakim partiyaya yaxınlığı ilə seçilir:

 

"Tez-tez dövlət başçılığı ilə Türkiyə prezidenti hakim AK partiyanın sədri Rəcəb Tayyib Ərdoğan arsında görüşlər olsun. Bunu nəzərə alıb düşünmək olar ki, Bahçelinin ortaya qoyduğu bu mövqe həm də AK partiyanın mövqeyidir. Bölgədə sülh və sabitliyə ciddi bir təsir edəcəyini düşünmürəm. Çünki hələ bu bir sadəcə rəsmi bəyanatdır. Hələ konkret və əməli bir addım yoxdur.

 

Aşağı seçki fəallığı deyiləndə, yəni Şimali Kipr üçün əslində normal idi. O qədər də aşağı hesab etmirəm və kifayət qədər də gərgin keçdiyini düşünürəm. Ümumiyyətlə, əgər prezident vəzifəsindən gedir və müxalifət gəlirsə, hakimiyyətə, deməli artıq burada müəyyən seçici fəallığını passiv hesab eləmək düzgün olmaz. Çünki, müxalifətin şansı az ola-ola hakimiyyətə gəlibsə, deməli ki, seçicilər kifayət qədər fəal iştirak edib.

 

Hakimiyyətə gələn yeni prezident federasiyanın tərəfdarıdır və Şimali Kiprin Avropa İttifaqına getməyinin tərəfdarıdır Yunanıstanın timsalında. Və Türkiyəyə qarşı məsafəli mövqeyi ilə seçilən siyasətçidir. Təbii ki, onun hakimiyyətə gəlməyi Türkiyənin maraqlarına uyğun olmadı. Elə buna görə də dərhal MHP sədri o açıqlamanı verib ki, Şimali Kipr Türkiyəyə yerləşməsi ilə bağlı parlament qərar qəbul etməlidir. Dünən Rəcəb Tayyib Ərdoğan yeni prezidenti təbrik edib. İlk baxışdan bu təbrik qulaga xoş gəlir, amma belə bir ifadə var idi ki, "Biz Kiprin hüquqlarını qoruyacağıq və qorumağa davam edəcəyik, Kiprli qardaşlarımızla birlikdə". Bunun kodu belə açılmalıdır ki, Rəcəb Tayyib Ərdoğan demək istəyib ki, biz bundan sonra da Şimali Kiprdə kimin nə deməyindən asılı olmayaraq, bizim kölgəmiz orada olacaq. Şimali Kiprin tam yerləşməyindən, Avropa İttifaqına getməyindən və Türkiyənin nəzarətindən çıxmağından söhbət gedə bilməz. 

 

Bundan sonra ciddi bir dəyişkənliyin olacağını düşünmürəm. Hərçənd ki, bu məsələ Türk Dövlətləri Təşkilatına müəyyən nizamı dəyişə bilər. Amma ciddi bir dəyişiklik olacağını gözləmirəm. Çünki Türkiyə faktordur. Və Türkiyə asan-asan öz maraqlarının tapdanmasına icazə verməz".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər