00:00:00
Yazar
Admin User
27.10.2025 18:13 113 3 dəq oxuma
Siyasət

“Dəhlizin açılması Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına müsbət təsir göstərən amillərdir biridir”

“Dəhlizin açılması Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına müsbət təsir göstərən amillərdir biridir”

Zəngəzur dəhlizi Orta Dəhlizin potensialının artırılmasında əsas amil olacaq.

 

Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Rəhimzadə “İnformator.az”a açıqlamasında bildirib ki, Prezident İlham Əliyev tarixi Zəfər qazandığımız 44 günlük İkinci Qarabağ  müharibəsindən sonra  dəfələrlə bu çağırışı edirdi ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir:

 

“Ölkə Prezidentinin bu tələbi bu ilin avqust ayında Vaşinqtonda keçirilən görüşdə Ermənistan tərəfindən qəbul edilib. Belə ki, imzalanmış birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişin təmin edilməsi təsdiq olunub. Bu dəhlizin açılması Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına müsbət təsir göstərən amillərdir biridir. Məlum olduğu kimi, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsi artıq paraflanıb. Artıq sülh müqaviləsinin imzalanması regionda davamlı sülhün və sabitliyin əldə olunması yolunda yalnız bir əngəl qalır. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması.  Həmin müddəalar dəyişdirildikdən sonra sülh sazişi də imzalanacaq”.

 

Həmçinin deputat qeyd edib ki, Zəngəzur dəhlizinin açılması Azərbaycanın beynəlxalq nəqliyyat və iqtisadi əlaqələrdə  iştirakını təmin edən fundamental hüququdur:

 

“Bu dəhlizin reallaşması həm region dövlətləri, həm də daha geniş geoiqtisadi məkan üçün yeni tranzit imkanları və uzunmüddətli sabitlik perspektivləri yaradır. Bu günlərdə möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasındakı çıxışında qeyd etdiyi kimi, avqustun 8-də Vaşinqtonda keçirilən Sammit geniş regional kontekstdə - Avrasiya qitəsində tərəqqi üçün böyük perspektivlər açır. Zəngəzur dəhlizinin yaxın illərdə açılması nəqliyyat və logistika ilə bağlı məsələlərdə ötürücülük qabiliyyətini xeyli artıracaq. Dövlətimizin başçısı bildirib ki, ümid edirik ki, digər ölkələrin ərazisində də bütün bunlar analoji sürətlə həyata keçiriləcək və belə olan halda Zəngəzur dəhlizinin açılışı 2028-ci ilin sonuna qədər baş verə bilər”.

 

Son olaraq Rəhimzadə bildirib ki, Azərbaycan ərazisində avtomobil və dəmir yolu əlaqəsi üzrə bütün işlər gələn ilin ortalarında başa çatdırılacaq:

 

“Bu dəhlizin açılması regional və qitələrarası ticarətin möhkəmlənməsində strateji rol oynayan Orta Dəhlizin inkişafı, bölgənin gələcək tərəqqisi baxımından xüsusi əhəmiyyətə malikdir. Təbii ki, Azərbaycanın tranzit infrastrukturunda strateji rol oynayacaq Zəngəzur dəhlizinin açılması ilə yük daşımaları daha qısa və sürətli marşrutla həyata keçiriləcək, ticarət xərcləri azalacaq, ötürücülük qabiliyyəti artacaq. Bu da qlobal müstəvidə Orta Dəhlizin rolunun daha da möhkəmlənməsini təmin edəcək. Zəngəzur dəhlizi Orta Dəhlizin potensialının artırılmasında əsas amil olacaq. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu da bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun potensialından tam istifadə olunması tədbirləri ilə yanaşı, Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək yeni marşrutun açılması istiqamətində də zəruri addımlar atılır. Qarsdan Naxçıvan sərhədinə qədər uzunluğu 224 kilometr olan yeni dəmir yolunun tikintisinə artıq başlanılıb. Zəngəzur dəhlizi Cənubi Qafqazın geoiqtisadi xəritəsini dəyişdirmək potensialına malikdir. Bu, yüklərin çatdırılma məsafələrinin və müddətlərinin azaldılması, nəticədə Türkiyə ilə Azərbaycan arasında quru əlaqəsinin davamlılığı hesabına Orta Dəhlizin səmərəliliyinin artırılması sayəsində mümkün olacaq. Zəngəzur dəhlizi, həmçinin Mərkəzi Asiya ilə Avropa arasında yükdaşıma təchizatı zəncirlərinin çevikliyinin təmin edilməsi deməkdir. Bu dəhliz region ölkələrinin yaxınlaşması və qarşılıqlı inteqrasiyası amilinə çevriləcək, regionda siyasi əlaqələrin genişlənməsinə, etimad mühitinin möhkəmlənməsinə güclü təkan verəcək. Böyük coğrafi ərazidə ticarətin genişləndirilməsinə müsbət təsir göstərəcək”.

 

Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər