00:00:00
Yazar
Admin User
16.11.2025 06:48 136 1 dəq oxuma
Siyasət

Azərbaycan Mərkəzi Asiya ölkələrinin məşvərət görüşləri formatına tamhüquqlu iştirakçı kimi qoşulub

Azərbaycan Mərkəzi Asiya ölkələrinin məşvərət görüşləri formatına tamhüquqlu iştirakçı kimi qoşulub

Azərbaycan Mərkəzi Asiya ölkələrinin məsləhətləşmə görüşləri formatına tamhüquqlu iştirakçı kimi qoşulub.

 

"İnformator.az" "Report. az"-a istinadan xəbər verir ki, bunu Özbəkistan prezidenti Şavkat Mirziyoyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxış edərkən bildirib.

 

O qeyd edib ki, "Mərkəzi Asiya+Azərbaycan" formatı Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında möhkəm körpü quracaq, vahid əməkdaşlıq məkanının formalaşmasına yol açacaq.

 

Onun sözlərinə görə, bu, inkişafa güclü təkan verəcək və iqtisadi-ticarət, investisiya və mədəni-humanitar əməkdaşlıq üçün yeni üfüqlər açacaq, həmçinin davamlı inkişaf məsələləri üzrə birləşdirilmiş qərarların hazırlanmasına kömək edəcək:

 

"Bütün bunlar şübhəsiz ki, hər iki regionun strateji qarşılıqlı əlaqəsini və dayanıqlığını gücləndirəcək. Bu mühüm qərarın qəbul edilməsi ilə bütün hörmətli həmkarlarıma səmimi təşəkkürümü bildirmək və İlham Əliyevi məsləhətləşmə görüşləri formatına tam hüquqlu iştirakçı kimi qoşulması münasibətilə təbrik etmək istəyirəm".

 

Mayıl Soltan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər