Rusiya Qdanskdakı konsulluğunun bağlanmasına cavab olaraq Polşanın diplomatik missiyasını azaldacaq
Moskva Rusiyanın Qdanskdakı Baş Konsulluğunun bağlanmasına cavab olaraq Polşanın ölkədəki diplomatik və konsulluq mövcudluğunu azaldacaq.
"İnformator.az" xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Bu addıma cavab tədbiri olaraq Rusiya tərəfi Polşanın Rusiyadakı diplomatik və konsulluq mövcudluğunu azaldacaq", - diplomat TASS-ın sorğusuna cavabında deyib.
Qeyd edək ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski Seymdə çıxışı zamanı rəsmi Varşavanın Rusiyanın Qdanskdakı Baş Lonsulluğunu bağlamaq qərarına gəldiyini bildirib. Bu, Rusiyanın Polşada fəaliyyət göstərən sonuncu baş konsulluğudur.