00:00:00
Yazar
Admin User
20.11.2025 05:45 98 1 dəq oxuma
Dünya

Kobaxidze Aİ-nin Gürcüstanla bağlı görüşünü təxirə salmaq qərarını dialoqdan qaçmaq cəhdi adlandırıb

Kobaxidze Aİ-nin Gürcüstanla bağlı görüşünü təxirə salmaq qərarını dialoqdan qaçmaq cəhdi adlandırıb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib ki, Brüsselin noyabrın 21-nə planlaşdırılan Avropa İttifaqı(Aİ)-Gürcüstan insan haqları görüşünü təxirə salmaq qərarı mübahisəli məsələlərin müzakirəsindən yayınmaq cəhdidir.

 

"İnformator.az" xəbər verir ki, o, bu barədə Gürcüstanın "İmedi" telekanalında bildirib.

 

Kobaxidzenin sözlərinə görə, Tbilisi öz nümayəndə heyətinin tərkibini əvvəlcədən elan edib, lakin Brüssel "müzakirədən yayınır", çünki iştirakçılar siyahısında Aİ tərəfindən sanksiyaya məruz qalan şəxs var.

 

Baş nazir qeyd edib ki, Aİ bu şəxsə məhdudiyyət qoymayıb və ona qarşı sanksiyalar yalnız Estoniya Xarici İşlər Nazirliyi tərəfindən tətbiq edilib.

 

Gürcüstan KİV-i xəbər verir ki, bu, bir neçə ay əvvəl Estoniya Xarici İşlər Nazirliyi tərəfindən ölkəyə girişinə qadağa qoyulmuş daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidzedir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər