00:00:00
Yazar
Admin User
21.11.2025 13:00 119 1 dəq oxuma
Dünya

Avropa liderləri Ukrayna ilə bağlı ABŞ-nin sülh təşəbbüsləri üzrə gələcək koordinasiyanı razılaşdırıblar

Avropa liderləri Ukrayna ilə bağlı ABŞ-nin sülh təşəbbüsləri üzrə gələcək koordinasiyanı razılaşdırıblar

Avropa liderləri Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında davamlı və ədalətli sülhə nail olunması yolunda Ukraynaya sarsılmaz və tam dəstəklərini təsdiqləyiblər.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmerin Volodimir Zelenski ilə telefon danışığının nəticələrinə dair Almaniya Federal hökumətinin dərc etdiyi bəyanatda qeyd olunub.

 

"Dörd lider Birləşmiş Ştatların Ukraynada müharibənin dayandırılması üçün göstərdiyi səyləri alqışlayıb. Xüsusilə onlar Ukraynanın suverenliyinə sadiqliyi və Kiyevə etibarlı təhlükəsizlik zəmanətləri vermək istəyini alqışlayıblar", - məlumatda bildirilib. Bundan başqa, liderlər Avropa və Ukraynanın maraqlarının uzunmüddətli müdafiəsinin vacibliyini vurğulayıblar. Əsas şərtlər arasında təmas xəttinin mümkün qarşılıqlı anlaşma üçün başlanğıc nöqtəsi kimi tanınması və Ukrayna silahlı qüvvələrinin ölkəni səmərəli şəkildə qorumaq qabiliyyətinin təmin edilməsi yer alır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər