00:00:00
Yazar
Ayşən Səlimova
09.03.2026 15:21 31 1 dəq oxuma
Dünya

Kir Starmer: İran ətrafındakı münaqişənin iqtisadiyyata təsirini azaltmaq üçün tədbirlər görməyi düşünürük

Kir Starmer: İran ətrafındakı münaqişənin iqtisadiyyata təsirini azaltmaq üçün tədbirlər görməyi düşünürük

Baş nazir Kir Starmer bildirib ki, Böyük Britaniya hökuməti Yaxın Şərqdə münaqişənin eskalasiyasının biznes və əhali üçün iqtisadi nəticələrini azaltmaq məqsədilə hansı tədbirlərin görülə biləcəyinə dair beynəlxalq tərəfdaşlarla məsləhətləşmələr aparır.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "Al-Jazeera" məlumat yayıb.

 

"Hökumətin vəzifəsi qabaqlayıcı addımlar atmaq, irəli baxmaq və birgə işləməkdir", - K.Starmer bildirib.

 

Onun sözlərinə görə, London həmçinin böhranın Böyük Britaniya sakinlərinə mümkün təsirini azaltmaq üçün müttəfiqləri ilə birgə hansı əlavə addımların atıla biləcəyini müzakirə edir.

 

Baş nazir əlavə edib ki, neft qiymətlərinin artması fonunda müharibənin iqtisadi nəticələrini məhdudlaşdırmaq üçün əlavə tədbirlərin zəruriliyini qəbul etmək vacibdir:

 

"İnsanlar bunu hiss edəcəklər və bu, nə qədər uzun çəkərsə, iqtisadiyyatımıza mənfi təsir ehtimalı bir o qədər yüksək olar".

#düşünürük #yeni #ətrafındakı #kir
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər