Britaniya Aİ ilə ticarət müqaviləsi bağlamağa hazırlaşır

Bölmə: Siyasət › ,
Tarix: 22:17 22.04.2025

Böyük Britaniyanın Baş naziri Kir Starmer, Avropa İttifaqı (Aİ) ilə silah satışına dair ticarət müqaviləsi bağlamağa yaxınlaşır. Bu barədə “The Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

 

“Kir Starmer, Böyük Britaniyanın silah istehsalçılarına Aİ ilə böyük ticarət müqaviləsi bağlamaq imkanı yaradacaq bir razılaşmaya yaxındır. Bu müqavilə, Britaniya silah şirkətlərinin Aİ-dən olan tərəfdaşlarına milyardlarla funt-sterlinq dəyərində silah satmalarına imkan verəcək,” – deyə məlumatda bildirilir.
Qeyd olunur ki, bu müqavilə sayəsində Böyük Britaniya şirkətləri, Britaniya ilə Avropa təşkilatları arasındakı əlaqələrin yenidən qurulması çərçivəsində Aİ-nin yeni müdafiə fondu üçün müraciət edə biləcəklər.

 

Mövzu ilə əlaqədar politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, Avropa İttifaqı ilə B.Britaniya arasında olan strateji münasibətlər ikitərəfli səviyyə də həll olunacaq.

 

"ABŞ-nin Avropa İttifaqına , eyni zamanda NATO-ya da daxil olan dövlətlərlə münasibətləri gərginləşdikdən sonra bu dövlətlər özlərinə çıxış yolu axtarmağa başlayıb. Təhlükəsizlik və İqtisadilik baxımından Avropa İttifaqına daxil olan dövlətlər arasında danışıqlar başlanıb. Qeyd edək ki, Böyük Britaniya "Brexit" əsasında Avropa İttifağından çıxıb. Çünki Avropa İttifaqı Böyük Britaniyaya ağır şərtlər təklif edib. Rusiya-Ukrayna müharibəsindən sonra silah-sursat alınması ilə əlaqədar büdcədə yaranan vəziyyətdən dolayı Avropa İttifaqına daxil olan dövlətlər bu ittifaqdan ayrılıb. Əfsuslar olsun ki, ayrılan dövlətlərin büdcələrində müəyyən məbləğləri olsa da, hərbi sənaye potensialı çox-çox aşağı səviyyədədir. Son bir ayda Avropa İttifaqın da belə qərara gəlinib ki, 150 milyard euroluq silah-sursat alınsın. Ancaq Avropa İttifaqına daxil olmayan dövlətlərdən alına bilməzdi. Bu zaman kənar da Almaniya qalır. Almaniyanın Reyn metal adlı böyük şirkəti var. Onun hərbi sifarişləri çox olduğuna görə, əlavə satış edə bilmir. Ötən ay Böyük Britaniya ilə Avropa İttifaqına və eyni zaman da NATO-ya üzv olan dövlətlərin görüşü keçirilib. Həmin görüşdə Avropa İttifaqı ilə Böyük Britaniyanın yaxınlaşması göz önündə idi. Böyük Britaniya Avropa İttifaqına və NATO-ya daxil olan ölkələrə silah və iqtisadi gücə malik olduğunu sübut edə bilib. Bugünki gün də İtaliyanın, Fransanın, B.Britaniyanın hətta Almaniyanın birgə sənaye ilə əlaqədar preiktləri var. Bunlara təyyarələr və digər hərbi məhsullar daxildir. Ancaq B.Britaniyanın 150 milyard euroluq silah alışından kənarda qalması artıq öz əhəmiyyətini itirir və böyük ehtimalla silahın çox hissəsi B.Britaniyadan alınacaqdır. Bildiyimiz kimi, Almaniyada kansler seçkilərindən sonra yeni kanslerin kim olduğu yaxın zamanda bəlli olacaq. Bu ittifaqa da Almaniyanın qoşulması ittifaqın gücünü artıracaqdır. Deyə bilərik ki, B.Britaniya Avropada aparıcı dövlət statusunu öz əlinə alacaqdır. Hətta deyə bilərik ki, Avropa İttifaqı ilə B.Britaniya arasında olan strateji münasibətlər ikitərəfli səviyyədə həll olunacaqdır. B.Britaniya Avropa İttifaqına daxil olmayacaq, sadəcə aralarında ikitərəfli saziş imzalanacaq".

Səmayə Səftərova