Kaya Kallas Azərbaycana gələcək

Tarix: 22:38 22.04.2025
Aprelin 25-də Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Azərbaycana səfər edəcək.
"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda Aİ-nin rəsmi saytında məlumat paylaşılıb.
Bildirilib ki, Kallas Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.
Onun həmçinin xarici işlər naziri Ceyhun Bayramovla da görüşü planlaşdırılıb. Bu görüşdən sonra mətbuata açıqlamalar veriləcək.
Günün ikinci yarısında isə Kallasın Gənc Avropa Səfirləri ilə görüşü nəzərdə tutulub.