Vitiliqo xəstəliyi və müalicəsi

Tarix: 21:53 03.05.2025
Vitiliqo – dəridə melanin piqmentinin itməsilə xarakterizə olunan xroniki dəri xəstəliyidir. Melanin piqmenti dərimizə rəng verən əsas maddədir. Bu xəstəlik zamanı melanosit adlanan hüceyrələr zədələnir və ya məhv olur, nəticədə dəri səthində ağ rəngli ləkələr əmələ gəlir.
Mövzu ilə bağlı dermatoloq Tünzalə Əzizli "İnformator.az"a açıqlamasında bildirib ki,bu dəri xəstəliyinin birdəfəlik müalicəsi yoxdur.Ondan qorunmaq üçün əsas iki şərt vardır ki, Günəşdən özümüzü qorumalı və çox stressdən uzaq durmalıyıq:
"Vitiliqo sadəcə dəridə yox, saçlarda, qaşlarda, selikli qişalarda və burunda da müşahidə oluna bilər. Əsas əlamətləri dəridə selikli qişaların ağ rənglərin, ağ ləkələrin görünməsidir. Saçların, qaşların ağarmasıdır. Səbəblərinə isə, avtoimmun pozğunluqlar ola bilər.Yəni, orqanizm öz hüceyrələrini yad hüceyrə kimi qəbul etməsidir.Daha sonra irsi meyillilik, stress, hormonal dəyişikliklərdən ola bilər".
Ekspert bu xəstəliyin müalicə üsullarından da söz açıb:
"Əsas müalicə üsulları immunomodulyatorlar vasitəsilə aparılır. Vitiliqonun birdəfəlik müalicəsi yoxdur.Ağır hallarda fototrapiyadan istifadə olunur.Bundan başqa, komufilaj üsulundan istifadə etmək olar.Yəni, xəstəliyin yayıldığı dərinin üstünü örtmək olar.Ən ağır hallarda isə xəstə olan şəxs icazə verərsə, cərrahi üsullarla dəri hüceyrələrini köçürülməsi edilə bilər.Düzdür, bizim ölkədə bu o qədər də edilmir, amma bu da müalicə üsullarının içində vardır.
Gündəlik həyatda bu xəstəliyə düçar olmuş insanlar ,əsasən, düzgün şəkildə Günəşdən qorunmalı, bacardıqca stressdən uzaq olmalıdırlar. Günəşdən, daha doğrusu, UV və UVB şüalarından düzgün şəkildə qorunduqda ləkələrin artmasının qarşısını almış olarıq".
Nəzrin Məmmədova