Rusiyadan Etiraz

Tarix: 21:06 23.04.2025
Rusiya Xarici İşlər Nazirliyi Yaponiyanın səfiri Akira Mutoya rəsmi olaraq Tokionun dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərin Ukraynanı maliyyələşdirmək üçün istifadə edilməsi təklifi ilə bağlı kəskin etirazını bildirib. Etiraz nazirliyin üçüncü departamentinin direktoru Lyudmila Vorobyova ilə yapon diplomatı arasında keçirilən görüşdən sonra verilib.
Xarici İşlər Nazirliyi açıqlamasında ikitərəfli münasibətlərə dair müzakirələr zamanı Yaponiyanın “qeyri-qanuni olaraq dondurulmuş” Rusiya aktivlərindən vəsaitləri Qrupun Ukraynaya maliyyə yardımı paketinin bir hissəsi kimi kreditlər vermək üçün yönləndirmək niyyətinə qəti şəkildə etiraz etdiklərini vurğulayıb.
Nazirlik daha sonra Tokionun təşəbbüsünü pisləyib və bunun Kiyev rejiminin cinayətlərində şəriklik olduğunu bildirib və bu cür hərəkətlərin sərt cavab tədbirləri ilə nəticələnəcəyi barədə xəbərdarlıq edib.
Onlar bildiriblər ki, bu cavablar Yaponiyanın ən həssas maraqlarına qarşı məqsədyönlü tədbirləri əhatə edə bilər. Bundan əvvəl Ukrayna Maliyyə Nazirliyi bəyan edib ki, Kiyev dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlə maliyyələşdirilən ERA (Fövqəladə Gəlirlərin Sürətləndirilməsi) təcili kredit proqramı çərçivəsində Tokiodan təxminən 3 milyard dollar alacaq.
TASS
Güllər Gülhüseynova