"ABŞ-lə danışıqların yeni raundu tezliklə başlayacaq"

Bölmə: Dünya › ,
Tarix: 21:45 23.04.2025

Rusiyanın xarici işlər naziri Sergey Lavrov yaxın vaxtlarda ABŞ-lə danışıqların yeni mərhələsinin baş tutacağını açıqlayıb. Nazir Lavrov ABŞ-lə danışıqların məzmunu, yeri və səviyyəsi barədə məlumat verməyib.

 

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, Lavrov Özbəkistana səfər edib və Səmərqənddə xarici işlər naziri Bəxtiyar Saidov ilə görüşüb.

Özbəkistan prezidenti Şavkat Mirziyoyevin qəbul etdiyi Lavrov danışıqlardan sonra mətbuat konfransı keçirib.

 

Görüşdə çıxış edən Lavrov Özbəkistanla əlaqələrin inkişaf etdiyini, müxtəlif sahələrdə birgə layihələrin icra mərhələsində olduğunu bildirib.

 

Özbəkistanın regionda terror təhlükəsinin azaldılması üçün addımlar atmağa hazır olduğunu qeyd edən Lavrov payızda Rusiya-Mərkəzi Asiya Sammitinin keçiriləcəyini və bunun üçün hazırlıqların davam etdiyini bildirib.

 

“Biz Qərbin Mərkəzi Asiyada hökmranlıq etmək cəhdlərinin əleyhinəyik”

 

Lavrov Qərb ölkələrinin Mərkəzi Asiya regionu ilə bağlı siyasətinə toxunaraq qeyd edib:

 

"Biz əməkdaşlıq proseslərinin siyasiləşdirilməsinin və geosiyasi məkanlarda dominantlıq yaratmaq cəhdləri ilə bağlı ideoloji elementlərin tətbiqinin qəti əleyhinəyik. Təəssüf ki, bu, bizim qərbli həmkarlarımızın yanaşmalarında özünü göstərir. Avropa İttifaqının (Aİ) üzvləri bu məsələdə xüsusilə diqqəti cəlb edir. Aİ administrasiyası bəzi Qərb ölkələrinin Mərkəzi Asiya əleyhinə siyasətini burada tətbiq etməyə çalışır. qarşılıqlı faydalı layihələr təklif etmək əvəzinə öz maraqlarını güdürlər”.

 

Sergey Lavrov iddia edib ki, regional dövlətlər bunu başa düşür və buna qarşı çıxırlar.

 

Əfqanıstandakı vəziyyətə də toxunan Lavrov, Talibanı terror siyahısından çıxarmaq üçün Rusiyada addımlar atdıqlarını ifadə edərək, "Kabil rəhbərliyi bir reallıqdır. Əgər praqmatik siyasət izləniləcəksə, Kabildəki rəhbərliyi qəbul etmək lazımdır" qiymətləndirməsini etdi.

 

Lavrov Əfqanıstanın ABŞ-də dondurulmuş ehtiyatlarının istifadəyə verilməli olduğunu vurğulayaraq, bunun ölkədəki sosial-iqtisadi problemlərin həlli üçün zəruri olduğunu bildirib.

 

Qərbin Əfqanıstana qayıtmağa çalışdığını qeyd edən Lavrov, "Müxtəlif bəhanələrlə NATO-nun hərbi infrastrukturunu buraya qaytarmağa çalışırlar. Bu cür cəhdlər saatlı bomba yaradacaq. Bu qəbuledilməzdir",- dedi.

 

Rusiya və ABŞ arasında danışıqların növbəti raundu nə vaxt baş tutacaq sualına Lavrov “Tezliklə” cavabını verib.

 

Nazir Lavrov ABŞ-lə danışıqların məzmunu, yeri və səviyyəsi barədə məlumat verməyib.

 

Mənbə: TRT Haber

Xədicə Məhərrəmli