İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 51 305 nəfərə çatıb

Tarix: 22:47 23.04.2025
İsrail ordusunun 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı 51 min 305-ə yüksəlib.
Qəzzada Fələstin Səhiyyə Nazirliyindən edilən yazılı açıqlamada İsrailin Qəzzada davam edən hücumlarında ölən və yaralananlarla bağlı son məlumat paylaşılıb.
Bildirilib ki, son 24 saat ərzində Qəzzada xəstəxanalarda 39 nəfər ölüb, 105 nəfər yaralanıb.
Yanvarın 19-da Qəzzada razılaşdırılan atəşkəsi pozan İsrail ordusunun 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 1928 fələstinlinin həyatını itirdiyi, 5055 nəfərin isə yaralandığı bildirilib.
Mənbə: TRT Haber
Kəmalə Vəliyeva