Netanyahunun yalanını Likud partiyası ifşa etdi

Tarix: 21:54 24.04.2025
İsraildə Likud Partiyası baş nazir Benyamin Netanyahunun israilli məhbusların azadlığa buraxılmasına HƏMAS-ın qərar verdiyi barədə açıqlamasının əksinə olaraq, siyahının israilli peşəkarların qərarlaşdırıldığını açıqlayıb.
Likud Partiyasının sözçüsü Guy Levy X hesabında yazıb: "Siyahı (azad ediləcək məhbuslar) baş nazir deyil, peşəkarlar müəyyən edir",-deyib.
Qəzzada saxlanılan israilli məhbus Matanın anası Einav Zangaukerə cavab olaraq, "Baş nazir hər kəsi, o cümlədən sevimli Metanı evə qaytarmaqda qərarlıdır",- deyib.
Zangauker, oğlunun adının Netanyahunu tənqid etdiyinə görə “intiqamla” azad ediləcək məhbuslar siyahısına daxil etmədiyini vurğulayıb. Keçən həftə Netanyahu Qəzza zolağında israilli məhbus Avinatan Orun anasına bildirib ki, azad ediləcək siyahıda kimin olacağına yalnız Həmas qərar verir.
Mənbə: A Haber
Çimnaz Telmanqızı