ABŞ-də genişmiqyaslı elektrik kəsintisi ilə bağlı XƏBƏRDARLIQ edilib

Tarix: 00:43 04.05.2025
ABŞ bu ilin yayında genişmiqyaslı elektrik enerjisi kəsintisi ilə üzləşə bilər.
“İnformator.az” xəbər verir ki, bu barədə ABŞ-nin daxili işlər naziri Duqlas Berqam "Fox News" telekanalına müsahibəsində bildirib.
"Prezident Tramp elə ilk gündən enerji sektorunda fövqəladə vəziyyət elan edib. Elektrik enerjisi istehsalında böyük problemlər var. Biz İspaniyada baş verənləri gördük. Bu hal yayda ABŞ-də baş verə bilər, çünki Baydenin administrasiyası enerji sistemimiz üçün təhlükə yaradıb", - o bildirib.
Xatırladaq ki, aprelin 28-də səhər saatlarında İspaniyada elektrik enerjisinin verilişində böyük fasilələr yaranıb.