Netanyahunun Bakı səfəri 5 gün davam edəcək

Tarix: 13:08 30.04.2025
İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri 5 gün davam edəcək.
“İnformator.az” xəbər verir ki, bu barədə məlumatı Baş nazirin ofisinə istinadən “The Times of Israel” yayıb.
Bildirilib ki, Netanyahu mayın 7-də Azərbaycana yollanacaq və 11-də İsrailə geri qayıdacaq.
Həmçinin qeyd olunub ki, mayın 8-də o, Azərbaycan Prezidenti İlham Əliyev və yəhudi icmasının üzvləri ilə görüş keçirəcək.