Putin: "Həmişə kiməsə ilişdirmək istəyirəm"

Bölmə: Dünya › ,
Tarix: 15:14 03.05.2025

Rusiya Prezidenti Vladimir Putin etiraf edib ki, məmnuniyyətlə kiməsə ilişdirərdi.


“İnformator.az” xəbər verir ki, Kremlin başçısı bunu "Rossiya1" telekanalının jurnalisti Pavel Zarubinə müsahibəsində deyib.


Jurnalist qeyd edib ki, dövlət başçısı ictimaiyyət qarşısında həmişə soyuqqanlı və təmkinli görünür. O, Rusiya liderində kiməsə bərk vurmaq istəyinin yaranıb-yaranmaması ilə maraqlanıb.


"Həmişə! Mən bununla yaşayıram, amma bununla mübarizə aparıram", - deyə V.Putin jurnalistin sualını cavablandırıb.

 

Rusiya prezidenti son üç ildə daha çox Kremldə gecələdiyini də diqqətə çatdırıb.