Ançelotti Ardanı tərifləyib

Tarix: 21:08 03.05.2025
Adı Braziliya Milli Komandasında hallanan, lakin gələcəyi qeyri-müəyyən olan Ançelotti cari işlərdən danışıb. İtaliyalı məşqçi deyib:
"Açıq deyə bilərəm ki, klubumu, oyunçularımı və azarkeşlərimi çox sevirəm. Gələcəyimlə bağlı ayın 25-də danışacam".
Carlo Ancelotti milli futbolçu Arda Gülər haqqında bunları deyib:
"Arda Gülər çox yaxşı inkişaf edib. O, daha da ön plana çıxır. Gələcəkdə daha da önəmli olacaq. Keyfiyyətini nümayiş etdirir və daha da ardıcıl olur. Düşünürəm ki, o, əla yarımmüdafiəçi olacaq. O, Real Madridin gələcəyi üçün çox vacib oyunçudur, çünki Arda səviyyəsində olan yarımmüdafiəçi çox deyil".
TRT SPOR
Güllər Gülhüseynova