Bitkoin 2 %-dən çox bahalaşıb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 17:37 09.06.2025

Dünyanın aparıcı kriptovalyutası - bitkoin 107,92 min ABŞ dollarına kimi bahalaşıb.

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, kriptovalyutanın qiyməti son 24 saatda 2,16 %, son 7 gündə isə 3,52 % artıb. Nəticədə bitkoinin kapitallaşması 2,145 trilyon ABŞ dollarına kimi yüksəlib.

 

Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 1,61 %, son bir həftədə isə 2,04 % artaraq 2,55 min ABŞ dolları təşkil edib.


İlk onluqda yer alan altkoinlərdən ən çox dəyər qazanan “Solana” (SOL) olub. Kriptovalyuta son bir sutkada 4,2 %, son bir həftədə isə 0,82 % bahalaşıb. Hazırda kriptovalyuta bazarının toplam dəyəri 3,36 trilyon ABŞ dollarıdır.