“Brent” neftin qiyməti artıb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 18:08 09.06.2025

Ticarət məlumatlarına əsasən, 2025-ci ilin avqustunda çatdırılan “Brent” markalı neftin fyuçerslərinin qiyməti 28 apreldən bəri ilk dəfə bir barel üçün 67 dolları ötüb.


“İnformator.az" xəbər verir ki, bunu Londonun ICE birjasının məlumatları sübut edir.


Bakı vaxtı ilə saat 16:44-ə olan birja məlumatlarına əsasən, “Brent” markalı neftin qiyməti 0,77% artaraq 67,02 dollar/barelə bərabər olub.