"Verona" Türkiyə nəhənginin müdafiəçisi üçün təklif göndərib

Tarix: 17:59 11.06.2025
"Qalatasaray"ın müdafiəçisi Viktor Nelssonla İtaliya klubu "Verona" maraqlanır.
"İnformator.az" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, A Seriyası klubu danimarkalı futbolçu üçün "sarı-qırmızılar"la danışıqlara başlayıb.
Nelsson 2021-ci ildən "Qalatasaray"da çıxış edir. O, başa çatan mövsümün ikinci yarısını icarə əsasında "Roma"da keçirib. Onun İstanbul klubu ilə iki mövsümlük sözləşməsi qalıb.