ABŞ və Çin arasında ticarət münasibətləri

Tarix: 18:10 11.06.2025
ABŞ və Çin arasında ticarət münasibətlərində yeni mərhələ başlayır.
Mövzu ilə bağlı politoloq Turab Rzayev "İnformator.az"a açıqlamasında bildirib ki, düşünürəm ki, ən azından ABŞ ilə Çin hansısa şəkildə öz siyasi rəqabətini və eyni zamanda ticarət müharibələrini bir qaydaya salmağa çalışırlar:
"Çalışırlar ki, hər hansı işlək mexanizm tapsınlar. Çünki birbaşa tamamilə ticarətin ləğvi effektiv nəticə vermir. Çin ABŞ-nin qoyduğu tariflərəuyğun olaraq, özü də öz tariflərini qaldırır. Bunun nəticəsində nə ABŞ, nə də Çin uğurlu ticarət edə bilmir. ABŞ məcbur oldu ki, tarifləri endirsin. Ancaq paralel olaraq, Çini də məcbur etdi ki, Çin ABŞ-dən 10% daha aşağı tariflər qoysun. Yəni, faktiki olaraq, ABŞ effektiv şəkildə 10% tarif qoymuş oldu. Bununla yanaşı Çin ABŞ-yə söz verib ki, ABŞ-dən məhsul alışını əhəmiyyətli dərəcədə artıracaq. Ancaq burada əhəmiyyətli bur dəyişiklik yoxdur. Ən azından ABŞ burada narazıdır. İndi görünür ki, ABƏ və Çin hansı şəkildə bu iqtisadi münasibəti sürdürmək istəyirlər. Məsələn, Çinin faiz məsələsində güzəştə getməsi , ABŞ-dən mal almağa söz verməsi, eyni zamanda ABŞ-nin qoyduğu 150%-lik tarifin yenidən qoyulması onu göstərir ki, hər iki tərəfin münasibəti davam etdirmək fikri var. Əks halda ABŞ-nin daxilində qiymətlərin çox kəskin infliyasiyası baş verə bilər. Buna qarşı olaraq, Çin də məhsulları üçün ən böyük bazardan məhrum ola bilər. Çox böyük valyuta itkiləri ilə üzləşə bilər. Bunun nə qədər uzunmüddətli olacağı bəlli deyil. Çünki indi ki, məqamda bu çərçivə sazişlərinin özü də etibarlı deyil. Tramp tarifləri və vergiləri yenidən artırdı, görünür ki, bu onları qane etmir. Bundan başqa, Çin ABŞ-nin tarif siyasətinə qarşı özü tarof qoymaq istəyir. İndi ki, halda buna gücü çatmır. Çin hazərda ABŞ bazarından alışı genişləndirmək istəmir, daha çox daxili bazarı və dogər ölkələrlə ticarəti inkişaf etdiemək istəyir. Bunlar göstərir ki, bu müharibədə kömək ola bilər. Yəni, gələcəkdə tərəflərin hər hansı biri buna imkan tapsa, bu tariflərə yenidən baxılmasını istəyəcək. ABŞ istəyəcək tariflər yüksəlsin, Çin isə istəyəcək ki, bərabər qalsın".
Billurə Quliyeva