Polşa klubunun investoru dünyasını dəyişib

Bölmə: İdman › ,
Tarix: 18:19 11.06.2025

Polşanın "Visla" klubunun əsas investoru Tomaş Kokosinski Krakov şəhərində restorana baş çəkdikdən sonra dünyasını dəyişib.

 

"İnformator.az" "wiadomosci.radiozet.pl"a istinadən xəbər verir ki, iş adamı klubda 5 milyon dollarlıq pay almaq üçün Krakov şəhərinə gəlib.

 

O, iyunun 4-də restoranlardan birinə şam yeməyinə gedib və orada qidadan boğulub. Zərərçəkmiş hipoksiya və beyin ölümü səbəbindən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. İyunun 10-da isə T.Kokosinskinin ölümü qeydə alınıb.