"Brain rot" sindromu

Bölmə: Sosial › ,
Tarix: 18:30 11.06.2025

Son illərdə "brain rot"("beyin çürüməsi") termini xüsusilə sosial şəbəkələr və internet mədəniyyəti ilə bağlı kontekstdə geniş yayılıb.

 

Mövzu ilə bağlı nevroloq Sevinc Məmmədova "İnformator.az"a açıqlamasında bildirib ki, tibbdə belə bir terminologiyadan istifadə olunmur. Yəni, diaqnoz şəklində daxil olmayıb:

 

Sadəcə olaraq, beyin yorğunluğu, diqqət əksikliyi kimi hallar metafarik şəkildə, "brain rot" termini altında istifadə olunur. Davamlı internet istifadəsi, sosial mediadan istifadə təbii ki, bu hala mənfi təsir göstərir. Yəni, burada diqqət əksikliyinin yaranması, narahatlq pozuntusu beyin funksoyalarında zəifləmərə gətirib çıxarır. Eyni zamanda sosial şəbəkələrdə izlədiyimiz video, musiqi, xəbər, informasiyaların olması da beyin yüklənməsinə səbəb olur. Bunun qarşısının alınması üçün təbii ki, biz ilk növbədə sosial şəbəkələrdən bir qədər uzaq durmalıyıq. Tam uzaq durmaq mümkün olmasa belə, bir qədər bunun üçün çalışmalıyıq. Beyinimizi aşırı sürətdə lazımsız informasiyalarla yormamağa çalışmalıyıq, paralel olaraq, beyinin dincəlməsi üçün bəzi digər vasitələrdən də istifadə oluna bilər. Bunlar meditasiya, nəfəs texnikaları, zehni gərginlikdən azad olmaq, havada çox vaxt keçirmək, fiziki aktivliklər və s. aiddir. Bununla biz beyin yüklənməsinin və karnitin funksiyalarımızın azalmasının müəyyən qədər qarşısını ala bilərik".


Billurə Quliyeva